Türkiyədə növbədənkənar prezident seçkiləri keçiriləcək?

Türkiyədə növbədənkənar prezident seçkiləri keçiriləcək? Dünya

Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilə bilər.

News24.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Xəbərə görə, Türkiyə hökuməti 2027-ci ilədək ölkədə nəzərəçarpacaq iqtisadi yüksəliş əldə etməyi və mümkün erkən prezident seçkiləri üçün zəmin yaratmağı planlaşdırır.

Qeyd edək ki, ötən ilin avqust ayında ölkənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Türkiyədə prezident seçkilərinin 2028-ci ildə deyil, 2027-ci ilin sonunda keçirilə biləcəyini deyib.

May ayında “Anadolu” agentliyi Türkiyə parlamentinin rəqəmsal media komitəsinin sədri Hüseyn Yaymana istinadla xəbər verib ki, ölkədə hakim Ədalət və İnkişaf Partiyası prezident Rəcəb Tayyib Ərdoğanın yeni müddət üçün yenidən seçilməsini hədəfləyir.