Türkiyədə partiya lideri - KORONAVİRUSDAN ÖLDÜ

Türkiyədə partiya lideri - KORONAVİRUSDAN ÖLDÜ Dünya
Təxminən bir həftə əvvəl xəstəxanaya yerləşdirilən BTP (Bağımsız Türkiye Partisi) lideri Heydər Baş, koronavirus səbəbiylə dünyasını dəyişib.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 73 yaşlı siyasətçi, ötən həftə xüsusi xəstəxanaya aparılıb. Koronavirus testi müsbət olandan sonra ötən gün reanimasiyaya yerləşdirilib.

Vəziyyətinin yaxşılaşdığı deyilən siyasətçi bu gün dünyasını dəyişib.