Türkiyədə qapalı məkanlarda maskadan məcburi istifadə tələbi ləğv edildi

Türkiyədə qapalı məkanlarda maskadan məcburi istifadə tələbi ləğv edildi Dünya
Türkiyədə qapalı məkanlarda maskadan məcburi istifadə tələbi ləğv edilib.

News24.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Koronavirus üzrə Elmi Şuranın toplantısında çıxış edən Türkiyə başçısı bildirib ki, koronavirusla bağlı tədbirlər çərçivəsində 3 ilə yaxındır tətbiq edilən qapalı məkanlarda maskalardan istifadə öhdəliyi tamamilə aradan qaldırılıb. 

Rəcəb Tayyib Ərdoğan səhiyyə müəssisələrinin bu qərar istisna olduğunu açıqlayıb. O bildirib ki, ictimai nəqliyyatda maskalardan istifadə davam etdiriləcək.