Türkiyədə qəza oldu, 9 nəfər yaralandı

Türkiyədə qəza oldu, 9 nəfər yaralandı Dünya

Türkiyənin Şanlıurfa vilayətində minik və yük avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, doqquz nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

İlkin tibbi yardım göstərildikdən sonra yaralılar xəstəxanaya çatdırılıb. Həlak olanların meyitləri isə məhkəmə-tibbi ekspertiza üçün morqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (Report)