Türkiyədə təcili tibbi yardım maşını mikroavtobusla toqquşdu: xəsarət alanlar var
Dünya
Türkiyənin Sakarya vilayətinin Akyazı rayonunda təcili tibbi yardım maşını ilə işçiləri daşıyan mikroavtobusun toqquşması nəticəsində 11 nəfər yaralanıb.
News24.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, hadisə yerinə polis, təcili tibbi yardım cəlb olunub, yaralılar xəstəxanalara çatdırılıb.
Qəza ilə bağlı araşdırma aparılır. (Report)