​Türkiyənin mərkəzində zəlzələ oldu

​Türkiyənin mərkəzində zəlzələ oldu Dünya
Türkiyənin mərkəzi hissəsində 4,2 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.

Qeyd olunur ki, yeraltı təkanlar təxminən 441 min nəfər əhalisi olan Malatyadan 74 km qərbdə və 20 min 300 nəfərə yaxın əhalisi olan Darende şəhərindən 9 km cənubda qeydə alınıb.

Qumral