Türkiyəyə keçmək istəyən miqrantların qayığı batdı - azyaşlılar öldü
Dünya
Egey dənizində - Türkiyənin İzmir şəhərinin Çeşmə rayonu sahillərində içərisində qanunsuz miqrantların olduğu qayıq batıb.
News24.az xəbər verir ki, hadisə nəticəsində qayıqda olan 19 nəfərdən 11-i həlak olub. Digər 8 nəfər xilas edilib. Həlak olanların cəsədləri dənizdən çıxarılıb. Ölənlərdən səkkizi azyaşlıdır.
Faktla bağlı araşdırma aparılır.