"Twitter"-in binasındakı Parlaq "X" qonşuları - qəzəbləndirdi

"Twitter"-in binasındakı Parlaq "X" qonşuları - qəzəbləndirdi Dünya
İlon Maskın sosial şəbəkəsinin yeni loqosu San-Fransisko binasının yerləşdiyi məhəllədə parlaqlığına görə şikayətlərə səbəb olub və bina müfəttişlərini hərəkətə keçirməyə sövq edib.

News24.az xəbər verir ki, İlon Mask bu yaxınlarda sosialmedia platforması "Twitter"-in adını və loqosunu "X" olaraq dəyişib.

Sonra San Fransiskodakı "Market Street" qərargahının damında nəhəng X loqosu quraşdırıb.

Lakin bələdiyyə rəsmiləri və bəzi sakinlər bu görüntüdən narazıdırlar.

İnsanlar nəhəng X-in parıldayan və yanıb-sönən videosunu çəkərək sosial şəbəkələrdə şikayətlərini paylaşıblar.

Ərazi sakinlərinin bələdiyyə orqanlarına şikayət etdiyi açıqlanıb.San Fransiskonun tikinti müfəttişləri bunun qaydalara zidd ola biləcəyini deyib.

Aydan