Uşaqlar Şaxta Babanı buzla xilas etməyə çalışdı – Moskvada şok hadisə

Uşaqlar Şaxta Babanı buzla xilas etməyə çalışdı – Moskvada şok hadisə Dünya

Moskvada uşaqlar çıxış zamanı özünü pis hiss edən Şaxta Babanı buzla xilas etməyə çalışıblar.

News24.az xəbər verir ki, xəbər verir 46 yaşlı animator uşaqlar üçün təşkil olunan səhər tədbiri zamanı özünü narahat hiss edib. Lakin o, uşaqların bayramını pozmaq istəmədiyindən çıxışı davam etdirib.

Nəticədə onun üzünün bir hissəsi iflic olub və yıxılıb.

Uşaqlar Şaxta Babanın köməyinə gəlməyə çalışıb, onun isti səbəbindən əriyəcəyini düşünərək üzərinə buz atıblar. Xoşbəxtlikdən, valideynlər vəziyyəti tez qiymətləndirib və həkim çağırıblar.

Animator xəstəxanaya yerləşdirilib, ona insult diaqnozu qoyulub.