Üç uşaq anası Rusiya gözəli seçildi
Dünya
Evli qadınlar üçün keçirilən "Missis Rusiya 2024" milli gözəllik müsabiqəsinin qalibi Sankt-Peterburqda yaşayan çoxuşaqlı ana Lyudmila Rojneva olub.
News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 40 yaşlı Lyudmila Rojneva üç uşaq böyüdür. O, Qazaxıstanda anadan olub, uşaqlığını Qafqazda keçirib və məktəbi burda bitirib. Sonra Sankt-Peterburq Sənaye Texnologiyaları və Dizayn Universitetinə daxil olub.
"Missis Rusiya Qlobus" titulunu Nijni Novqoroddan olan 35 yaşlı Daria Zaxarova qazanıb. Qadın Rusiyanı "Mrs. Globe 2024/Mrs. Qlobus 2024" yarışında təmsil edəcək.
Qeyd edək ki, müsabiqəsinin finalı avqustun 11-də Moskva Folklor Mərkəzinin böyük konsert zalında baş tutub. Burada ölkənin müxtəlif bölgələrindən 33 qadın iştirak edib. Onların 13-nün çoxuşaqlı ana olduğu qeyd edilir.