Uçan taksilər gəlir

Uçan taksilər gəlir Dünya
Braziliyanın təyyarə istehsalçısı "Embraer" şirkəti elektriklə işləyəcək uçan taksilərin istehsalı üçün San-Paulu şəhəri yaxınlığında fabrik tikəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, uçan taksilərin 2026-cı ilə qədər səmada olacağı gözlənilir.

Altı sərnişin tutumlu kiçik bir helikopterə bənzəyən uçan taksilərlə adambaşına gedişlərin 50-100 dollar olduğu təxmin edilir.

Uçan taksilər uçuş-enmə zolağına ehtiyac duymayacaq və təyyarə kimi uzun məsafələri qət edə biləcəklər.

Nərmin Murad