UEFA və FİFA rüşvət girdabında boğulur - Dünya futbolunda YENİ ERA başlayır
Dünya
“Futbol üzrə Avropa Super Liqası ideyasının arxasında “JP Morgan Chase” dayanırsa, onda UEFA gedib, plyaj futbolu ilə məşğul olsa yaxşıdır”.
Bunu News24.az-a açıqlamasında Politoloq Şahin Cəfərli deyib.
O bildirib ki, “JP Morgan” ABŞ-ın nəhəng 4 bank-maliyyə konqlomeratından biridir, 2,5 - 2,7 trilyon dollarlıq aktivlərə sahibdir. Bir növ dövlət içində dövlətdir. “JP Morgan” “Rokfellerlərin bankı” da adlandırılır. Çünki 2000-ci ildə “Morgan” ilə birləşən “Chase Manhattan Bank”ın qurucu ortaqlarından olan “Chase National Bank”ın təməlində Rokfeller ailəsinin “Equitable” bankı dayanır. ABŞ Federal Rezerv Sisteminin (FED) yaradılmasında da bu strukturların və ailələrin rolu var. Belə ki, 1910-cu ildə Cekill (Jekyll) adasında amerikalı bankirlər və siyasətçilərin dar çərçivədə bu məqsədlə apardığı gizli müzakirələrdə onların nümayəndələri də iştirak edib. Federal Rezerv Sisteminin ideya müəlliflərindən olan senator Nelson Oldriçin qızı Rokfellerlərin gəlini idi...
Yayılan xəbərə görə, “JP Morgan” Avropa Super Liqasına bu işi qurmaq üçün 6 milyard avro ayırıb. (Mənbə “Financial Times”) İştirakçı klublar hər il 264 milyon avro ayaqbasdı alacaq, qazanılacaq uğurlara görə əlavə gəlirlər də olacaq. Turnirin gəlirləri artdıqca, klubların qazancı da artacaq. Klubların infrastrukturun təkmilləşdirilməsinə yönəlmiş investisiya layihələri üçün də 3,5 milyard avro ayrılıb.
Bu qədər nəhəng layihədən söhbət gedirsə, onda bunu siyasətdən tam ayrı düşünə bilmərik. Layihədə “Brexit”dən sonra formalaşmaqda olan düzənin ruhu hiss olunur: ideya müəllifləri Britaniya futbolunun nəhəngləridir, Avropa Birliyinin liderləri olan Almaniya və Fransa futbolunun nəhəngləri - Bayern və PSG isə orada yoxdur. İngilislər futbol oyununu sistemləşdirib, onu bütün dünyanın sevimlisinə çevirmiş xalqdır, indi sanki eqoist uşaq kimi topu götürüb gedirlər və dar çərçivədə, daha elit bir mühitdə futbol oynamaq istəyirlər. Bu, idmanın bərabər yarış prinsipindən Olimpiya ruhuna qədər, bir çox anlayışa və dəyərə zidd davranışdır, tipik kapitalist mentalitetin örnəyidir. (Layihənin arxasında Britaniya hökuməti dayanmır, yanlış anlaşılmasın.)”

Politoloq vurğulayıb ki, başqa tərəfdən, dünya və Avropa futbolunu inhisara almış UEFA və FİFA-nın korrupsiya, rüşvət girdabında boğulduğu, futbolu çirkaba batırdıqları da bir gerçəkdir: “Əgər ABŞ hüquq sistemi bu faktların arxasınca düşməsəydi, kirli düzəni olduğu kimi davam etdirəcəkdilər. Amma son nəticədə yenə də kardinal dəyişiklik olmadı, məşhur korrupsionerləri daha az məşhurları əvəzlədi. FİFA-nın və UEFA-nın seçkili orqanları dünya və qitə federasiyalarının nümayəndələrinin səsi ilə formalaşır, hər seçkidə böyük miqdarda rüşvət paylanır, nümayəndələrin səsləri satın alınır (ya da nümayəndələr öz səslərini bazara çıxarır), hətta dünya, Avropa birinciliklərinin ev sahibliyi də pul müqabilində satılır, bununla da futbol “təmiz oyun” kimi gözdən düşür, ləkələnir...
Yazıdakı ilk cümlə təbii ki, mübaliğədir, UEFA-nın məhv olmasından danışmaq hələ tezdur. Amma 12 böyük klub ayrıldıqdan sonra Çempionlar Liqasının (ümumən UEFA-nın) həm reklam gəlirlərinin, həm də populyarlığının kəskin azalacağı şübhəsizdir. UEFA-nın “bu komandaların oyunçularını milli komandalara buraxmayacağıq” bəyanatı mənə blef kimi göründü, çünki ulduzların olmaması milli yığmaların yarışına olan marağı da azaldacaq”.
Məhərrəm ƏLİYEV