Uhanda əhaliyə metrodan istifadə etməyə - İCAZƏ VERİLDİ

Uhanda əhaliyə metrodan istifadə etməyə - İCAZƏ VERİLDİ Dünya
2 aylıq fasilədən sonra Çinin Uhan şəhərində metro fəaliyyətini bərpa edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 mart saat 6:30-dan etibarən 1, 2, 3, 4, 6 və 7-ci xətlərin işi bərpa olunub. Sərnişinlərin qatarlardan istifadə edərkən qoruyucu maska taxmaqlarının məcbur olduğu bildirilib.

Qatarlardan endikdə, digər stansiyalatra keçdikdə insanlar şəxsi "sağlamlıq kodlarını" skan etməlidirlər.