Uitkoff İsrail və Qətər arasında gizli görüş təşkil edəcək

Uitkoff İsrail və Qətər arasında gizli görüş təşkil edəcək Dünya

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Nyu-Yorkda İsrail və Qətər nümayəndələri arasında gizli görüş təşkil edəcək.

News24.az xəbər verir ki,bBu barədə məlumatı iki mənbəyə istinadən "Axios" portalı yayıb.

Məlumata görə, İsrail tərəfinə “Mossad”ın rəhbəri David Barnea başçılıq edəcək. Qətəri isə yüksək vəzifəli rəsmilərdən biri təmsil edəcək.

Axios yazır ki, görüşün əsas mövzusu Qəzza zolağındakı vəziyyət və HAMAS hərəkatının tərksilah edilməsi olacaq.