Ukrayna böhranını ABŞ yaradıb - Putin
Dünya
"Rusiya həmişə Ukrayna böhranının sülh yolu ilə həllinin tərəfdarı olub və bununla bağlı dəfələrlə konkret təkliflər irəli sürüb."
News24.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plus” formatında keçirilən görüşdə səsləndirib.
Prezident qeyd edib ki, Ukraynadakı böhran ABŞ-ın yürütdüyü siyasətə görə yaranıb.