Ukrayna bu əraziləri azad etdi

Ukrayna bu əraziləri azad etdi Dünya
Ukrayna hərbçiləri iyunun 12-də Donetsk vilayətinin Storozhevoe kəndini azad edib.

News24.az xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.

Malyarın sözlərinə görə, qəsəbə Dəniz Korpusunun 35-ci Əlahiddə Briqadasının qüvvələri tərəfindən azad edilib.

Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatına görə, Ukrayna Silahlı Qüvvələri iyunun 10-11-də cəbhənin ən azı üç sektorunda -  Velika Novoselka kəndinin (Donetsk vilayətinin Velikonovoselkovski rayonu) cənubunda beş yaşayış məntəqəsini (Makarovka, Neskuchnoe, Blagodatnoe, Storozhevoe və Novodarovka) azad edib. 

Qumral