Ukrayna bu əraziləri itirdi: Rusiya bayrağı qaldırıldı

Ukrayna bu əraziləri itirdi: Rusiya bayrağı qaldırıldı Dünya


Rusiya qüvvələri Avdiv vilayəti ərazisində Tonenka və Nevelski kəndlərini ələ keçiriblər.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Məlumata görə, Rusiyanın 110-cu motoatıcı briqadasının bölmələri Nevelskidə bayraq qaldırıb. Həmçinin, Rusiyanın zirehli kolonunun Tonenkodan qərbə doğru irəlilədiyi bildirilib.

Qeyd edək ki, daha öncə Rusiya hərbi mənbələri Ukrayna ordusunun Avdiv yaxınlığında əks-hücumlarının zəiflədiyini iddia etmiş, buna onların ehtiyatlarıının tükənməsini səbəb göstərmişdilər.