Ukrayna gözəli niyə canına qəsd etmək istədi?
Dünya
2023-cü ildə "Ukrayna gözəli" tacının sahibi Angelina Usanova etiraf edib ki, intihar etmək istəyib.
News24.az Lent.az-a istinadən xəbərinə görə, buna səbəb gözəllər gözəlinin insanlarla münasibətdə yaşadığı problemlər, müharibə və stress olub.
“Vacib insanlarla münasibətlərimi itirdikdən sona intiharın bir addımlığında idim. Beyin və düşüncələrimizin bizi haralara sürükləyə biləcəyini gördüm. Daxili səsin “özünü öldür, sən heç kimə lazım deyilsən” deyirsə, bunu etməmək üçün özündə güc tapıb yenidən həyata başlamaq asan deyil.