Ukrayna MN: - Ötən gecə Rusiyaya məxsus 38 hədəf zərərsizləşdirilib
Dünya
“İyulun 18-dən 19-na keçən gecə Rusiyaya aid 38 uçan obyekt zərərsizləşdirilib”.
News24.az xəbər verir ki, bu məlumatı Ukrayna ordusunun Baş Qərargahı açıqlayıb.
Bildirilib ki, zərərsizləşdirilən obyektlər arasında 6 ədəd “Kalibr” tipli raket, 31 ədəd “Shahed-136/131" pilotsuz uçuş aparatı və bir ədəd kəşfiyyat xarakterli dron var.
Nazirliyin açıqlamasında həmçinin qeyd olunub ki, adıçəkilən hədəflər Odessa, Nikolayev, Donetsk, Xarkov və Dnepropetrovsk ərazilərində vurulub.
“Kalibr” raketlərinin buraxılışı isə əsasən Rusiyaya məxsus “Admiral Essen” hərbi gəmisindən həyata keçirilib.
Fərid Azəri