Ukrayna nazirliklərin sayı azaldır
Dünya
Ukraynada hökumət islahatları çərçivəsində nazirliklərin sayı azaldıla bilər.
News24.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal danışıb.
O bildirib ki, hökumətin formatının dəyişdirilməsi istiqamətində iş aparılır:
"Buraya əsas olaraq nazirliklərin sayının azaldılması daxildir. Dövlət qulluqçularının da sayını azaltmaq istəyirik. Nazirliklər dövlət siyasətini formalaşdıracaq az sayda çox yaxşı mütəxəssislərə sahib olmalıdırlar".