Ukrayna ordusu bu şəhərdən çıxdı

Ukrayna ordusu bu şəhərdən çıxdı Dünya

Ukrayna hərbçiləri Donetsk vilayətinin Seversk şəhərindən çıxıblar.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Telegram" kanalında məlumat verilib.

Qeyd edilir ki, bu addım ukraynalı hərbi qulluqçuların həyatını və bölmələrin döyüş qabiliyyətini qorumaqdan ötrü atılıb:

"Rusiya ordusu canlı qüvvədəki əhəmiyyətli üstünlüyü və çətin hava şəraitində kiçik hücum qrupları ilə göstərdiyi daimi təzyiq sayəsində irəliləyib. Şəhər qoşunlarımızın atəş nəzarəti altında qalır. Düşmən bölmələrinin daha da irəliləməsinin qarşısını almaq məqsədilə onların blokadaya alınması həyata keçirilir".