Ukrayna Rusiya ilə əsirləri dəyişdi

Ukrayna Rusiya ilə əsirləri dəyişdi Dünya
Aprelin 1-də Ukraynanın Zaporojye vilayətində əsirlərin mübadiləsi aparılıb.

News24.az xəbər verir ki, Bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbər müavini Kirilo Timoşenko bildirib.

Onun sözlərinə görə, 15-i qadın olmaqla, 86 Ukrayna hərbçisi əsirlikdən azad edilib. Timoşenko həmçinin qeyd edib ki, azad edilmiş hərbçilər artıq təhlükəsiz yerdədirlər və hazırda onların həyatına heç bir təhlükə yoxdur.