Ukraynada hərbi hissə atəşə tutuldu - 70-dən çox ölü

Ukraynada hərbi hissə atəşə tutuldu - 70-dən çox ölü Dünya
Ukraynada hərbi hissəsinin atəşə tutulması nəticəsində 70-dən çox insan ölüb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Axtırka şəhərində baş verib.

Sum vilayəti dövlət administrasiyasının sədri Dmitri Jiviski bildirib ki, meyitlərin dağıntılar altından çıxarılması işləri davam etdirilir.

D.Jiviski ölənlərin sırasında dinc sakinlərin olduğunu da qeyd edib.

Administrasiya sədri həmçinin rusların da xeyli itki verdiyini deyib.