Ukraynada hərbi xidmətə çağırışla bağlı yenilik
Dünya
Ukraynanın Ali Radasında peşə və ya ali təhsil müəssisələrinə daxil olan 25 yaşdan yuxarı kişilər üçün hərbi xidmətə çağırışla bağlı möhlət almaq hüququnun ləğvi təklif edilib.
News24.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin üzvü Sergey Babak telemarafonda çıxış edərkən bildirib.
"Bu qanun layihələrindən biri hazırda ikinci oxunuş üçün hazırdır və ona əsasən, ali təhsil müəssisələri, istər peşəkar ali təhsil, istərsə də peşə məktəblərinə müraciət edən 25 yaş və yuxarı kişilərin hərbi xidmətə çağırışdan təxirə salınma hüququ olmayacaq. Bu, olduqca radikaldır, amma ölkəmizin təhlükəsizliyindən danışırıqsa, bunu etmək lazımdır", - deyə deputat bildirib.
O, yaşlı tələbələrin sayında kəskin artımı qeyd edib. 2022-ci ilə qədər 25 yaşdan yuxarı təxminən 30.000 kişi ali və peşə təhsilində təhsil alırdısa, 1 sentyabr 2025-ci il tarixinə onların sayı təxminən 250.000 nəfərə çatıb ki, bu da səkkiz dəfədən çox artım deməkdir.