Ukraynada hərbi vəziyyət daha bir ay uzadıldı

Ukraynada hərbi vəziyyət daha bir ay uzadıldı Dünya
Ukrayna Ali Radası bu gün Prezident Volodimir Zelenskinin Ukraynada hərbi vəziyyətin uzadılması təklifini dəstəkləyib. Hərbi vəziyyət ən azı 2022-ci il mayın 25-dək qüvvədə olacaq.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 300 deputat Volodimir Zelenskinin imzası ilə daxil olan qanun layihəsinin lehinə səs verib.

Sənəddə Ukraynada hərbi vəziyyətin aprelin 25-dən 30 gün müddətinə uzadılması nəzərdə tutulur. Beləliklə, bu il mayın 25-dək hərbi vəziyyət qüvvədə olacaq.