Ukraynada ölən uşaqların sayı açıqlandı

Ukraynada ölən uşaqların sayı açıqlandı Dünya
Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü nəticəsində 374 uşaq həlak olub.

News24.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Bildirilib ki, avqustun 23-də səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1097-dən çox uşaq zərər çəkib.

Rəsmi məlumata görə, 374 uşaq ölüb, 723-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
"Bu rəqəmlər yekun deyil", - məlumatda deyilir.