Ukraynadakı döyüşlərdə daha bir azərbaycanlı həlak oldu - Foto
Dünya
Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həyatını itirib.
News24.az xəbər verir ki, əslən azərbaycanlı olan Rəşad Məmmədov Xarkov vilayəti uğrunda gedən şiddətli döyüşlər zamanı həlak olub.
Qeyd edək ki, 50 yaşında vəfat edən R.Məmmədovun bir oğlu yadigar qalıb.