Ukraynadan sərt ZƏRBƏ: Bu ərazi vuruldu - Ölən və yaralılar var
Dünya
Rusiyanın Tver vilayətinin Toropets şəhərinə PUA hücumu olub.
News24.az-ın xəbərinə görə, hücum nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Onlardan üçü uşaqdır.
Yaralıların çoxunda kəsiklər və əziklər olub, lakin ciddi xəsarətlər olmayıb. Çoxlu evlərin pəncərələri sındırılıb, şəhəri tüstü bürüyüb.
Artıq 4 min nəfər təxliyə edilib, Toropetsin girişi bağlanıb.
Aqil Qarayev