Ukraynanın 2027-ci il üçün hərbi xərclərinin məbləği məlum oldu
Dünya
2027-ci ildə Ukraynanın hərbi xərcləri borclar və daxili kreditləşmə nəzərə alınmadan ölkənin planlaşdırılan 161,2 milyard dollarlıq ümumi xərclərinin 67,2 faizini təşkil edəcək.
News24.az xəbər verir ki, bu barədəTASS büdcə layihəsinə istinadən məlumat yayıb.
Layihəyə əsasən, hərbi xərclərə 108,3 milyard dollar ayrılması planlaşdırılır.
Nəşr qeyd edib ki, bu məbləğ son rəqəm olmaya bilər. Çünki 2026-cı ildə hərbi ehtiyaclar üçün əlavə vəsait ayrılıb, hazırda isə Ukrayna Müdafiə Nazirliyi daha 27 milyard dollar əlavə maliyyə tələb edir.
Məqalədə həmçinin Ukraynanın 2026-cı ildə müdafiə sahəsində 27 milyard dollarlıq maliyyə çatışmazlığı ilə üzləşdiyi və əlavə maliyyələşmə məsələsinin Avropadakı tərəfdaşlarla müzakirə olunduğu bildirilir.