Ukraynanın Baş Qərargahı: - Müdafiə potensialımızı itiririk

Ukraynanın Baş Qərargahı: - Müdafiə potensialımızı itiririk Dünya
“SSRİ dövründən qalan raket sistemləri sayəsində hava hücumundan müdafiə potensialımızı itiririk”. 

News24.az yerli mətbuata istinadən xəbər verir ki, bunu adıçəkilən ölkənin Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi Yuri İqnat bildirib. 

O deyib ki, NATO və Avrozona ölkələri istifadə müddəti bitmiş analoji sistemlərin bir qismini yeniləsə də, bu addım etibarlı müdafiənin təşkilinə kifayət etmir: “Etiraf etməliyik ki, silah sistemlərimizin çoxu SSRİ dövrünün məhsuludur. Söhbət "S-125", "BUK M-1", "S-300" və digər müdafiə təyinatlı sistemlərdən gedir. Müharibə nəticəsində sıradan çıxarılanlar utilizasiya edilir, bununla da həmin komplekslərin sayı azalır. Biz dünya miqyasında geniş istifadə olunan “SAMP-T, “Patriot”, “Iris-T”, “NASAMS”, “Crotale”, eləcə də “Gepard” sistemlərinin arsenalımıza daxil edilməsini istəyirik”.

Fərid Azəri