Ukraynanın şərqində iki partlayış baş verib

Ukraynanın şərqində iki partlayış baş verib Dünya

Ukraynanın şərqində, Xarkov vilayətində iki partlayış baş verib.

News24.az xəbər verir ki, bu barədə TASS İnformasiya Agentliyi məlumat  yayıb. 

Məlumata görə, partlayışlar Çuquyev şəhəri ərazisində qeydə alınıb. Bundan əvvəl Xarkov şəhərində də silsilə partlayışların olduğu bildirilirdi.

Xarkov vilayəti üçün hava hücumu xəbərdarlığı artıq üç saatdan çoxdur qüvvədədir.

Xeyrənsə Piriyeva