ÜST hərəkətə keçdi: sərnişinlər təxliyə olunur
Dünya
“Hantavirus Andes” infeksiyasının yayıldığı “MV Hondius” kruiz gəmisində qalan sərnişinlərin təxliyəsi üçün 10 xüsusi aviareysin təşkil ediləcəyi açıqlanıb.
News24.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Ghebreyesus məlumat verib.
Daha əvvəl gəmidə hələ də təxminən 150 sərnişin və ekipaj üzvünün qaldığı bildirilmişdi.
Qurum rəhbərinin sözlərinə görə, ÜST nümayəndələri və İspaniya hakimiyyəti təxliyə əməliyyatının problemsiz həyata keçirilməsi üçün bütün zəruri addımları atacaq. O qeyd edib ki, bazar günü planlaşdırılan əməliyyat çərçivəsində çoxsaylı xüsusi reyslər həyata keçiriləcək.
“Təxminlərimizə görə, Avropa İttifaqı ölkələri üçün təxminən altı, Aİ-yə daxil olmayan dövlətlər üçün isə dörd reys təşkil oluna bilər”, – deyə Tedros Adhanom Qebreyesus jurnalistlər üçün keçirilən brifinqdə bildirib.