Vaşinqtondan Tehranla bağlı sensasion açıqlama: edamlar ləğv edildi
Dünya
İranda qətllər dayandırılıb və heç bir edam planlaşdırılmır.
News24.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, ABŞ-nin əlində olan məlumata görə, İranda qətllər dayandırılıb və heç bir edam cəzası nəzərdə tutulmur.
Xatırladaq ki, daha əvvəl İranda ilk etirazçının asılaraq edam ediləcəyi ilə bağlı xəbərlər yayılıb. Lakin "Sky News" telekanalının məlumatına görə, edam ləğv edilib.