Velosiped sürmək üçün ən yaxşı şəhərlər müəyyənləşdi
Dünya
Dünyanın velosiped sürmək üçün ən əlverişli şəhərləri açıqlanıb.
News24.az xəbər verir ki, “Time Out”un araşdırmasına əsasən, Böyük Britaniyanın Kembric şəhəri velosipedçilər üçün dünyanın ən əlverişli şəhəri seçilib.
Reytinq 24 mindən çox şəhər sakininin rəyi əsasında hazırlanıb. Araşdırmada yalnız hər ölkədən ən yüksək nəticə göstərən bir şəhər nəzərə alınıb.
Kembricdə sorğuda iştirak edənlərin 83 faizdən çoxu velosipedlə hərəkət imkanlarını müsbət qiymətləndirib. İkinci yerdə 82,5 faizlə Kanadanın Monreal şəhəri, üçüncü yerdə isə Danimarkanın paytaxtı Kopenhagen qərarlaşıb.
İlk onluğa həmçinin Şanxay, Vyana, Varşava, Mərakeşin Marrakeş şəhəri, Taybey, Stokholm və Sevilya daxil olub.
Reytinqdə Seul, Medellin, Rotterdam, Helsinki, Əbu-Dabi, Orlando, Frankfurt, Lüksemburq, Lyublyana və Braziliya da yer alıb.