“Vəziyyət ciddidir, Xarkovu itirə bilmərik” – Zelenski

“Vəziyyət ciddidir, Xarkovu itirə bilmərik” – Zelenski Dünya

“Vəziyyət çox ciddidir. Biz Xarkovu itirməyi gözə ala bilmərik”.

News24.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski ABC News-a müsahibəsində deyib.

Onun sözlərinə görə, son bir neçə gündə yüzlərlə insan ölüb və ya yaralanıb. Onların bir çoxu bölgədən olan əsgərlər idi, ona görə də orada olmaq və onlara dəstək olmaq onun üçün vacib idi.

Ukrayna prezidenti hazırda Xarkovda baş verənlərə görə ABŞ-ın günahkar olub-olmaması sualını da cavablandırıb.

“Bu bütün dünyanın günahıdır. Onlar Putinə işğalı həyata keçirmək imkanı verdilər. Amma indi dünya kömək edə bilər”, - deyə Zelenski cavab verib.

Onun sözlərinə görə, Kiyevin bütün ehtiyacları iki Patriot sistemidir.

“Rusiya Xarkovu işğal edə bilməyəcək”, - deyə Zelenski əlavə edib.

Mehriban Mirzəzadə