"Visa" və "Mastercard"a alternativ: Avropa ölkələri öz kart şəbəkəsini qurur

"Visa" və "Mastercard"a alternativ: Avropa ölkələri öz kart şəbəkəsini qurur Dünya

Avropa İttifaqı Amerika ödəniş sistemlərindən asılılığı azaltmaq üçün sürətlə addım atmağı planlayır. Məqsəd “Visa” və “Mastercard”ın üstün olduğu bazara alternativlər yaratmaqdır.

News24.az xəbər verir ki, bu barədə “Financial Times” yazır.

Nəşr qeyd edir ki, hazırda avrozonada kart əməliyyatlarının təxminən üçdə iki hissəsi “Visa” və “Mastercard” vasitəsilə həyata keçirilir, 13 ölkənin isə hələ milli alternativi yoxdur.

Qeyd edək ki, 2024-cü ildə “EPI” platforması “Wero” adlı ödəniş sistemini istifadəyə verib. Bu, Avropa üçün “Apple Pay” alternatividir. Hazırda “Wero”nun təxminən 48,5 milyon istifadəçisi var, əsasən Belçika, Fransa və Almaniyadan. Planlara görə, sistemin onlayn və oflayn ödəniş imkanları 2027-ci ilə qədər genişləndiriləcək.