“WarGonzo”nun Ermənistana girişi qadağan edildi
Dünya
“WarGonzo” redaksiyası ötən ilin noyabrında müxbir Dmitri Seleznyovun İrəvana girişinin qadağan edilməsi ilə bağlı Ermənistanın Milli Təhlükəsizlik Xidmətindən (MTX) rəsmi cavab alıb.
News24.az xəbər verir ki, cavabda jurnalistin fəaliyyəti dövlət təhlükəsizliyinə, konstitusiya quruluşuna, ölkənin müdafiə qabiliyyətinin zəiflədilməsinə, eləcə də Ermənistanın ictimai-siyasi sabitliyinə təhdid kimi qiymətləndirilib.
Qeyd edək ki, Dmitri Seleznyov bir neçə dəfə qanunsuz şəkildə Qarabağ ərazisinə səfər edib və 2020-ci il müharibəsi zamanı hərbi müxbir kimi fəaliyyət göstərib.