"WhatsApp" qadağan oluna bilər

"WhatsApp" qadağan oluna bilər Dünya
“WhatsApp” mesajlaşma proqramı “Onlayn Təhlükəsizlik Aktı”na görə İngiltərədə qadağan oluna bilər.

News24.az xəbər verir ki, bu barədə "Meta"-nın "WhatsApp" rəhbəri Vill Cathcart açıqlama edib. 

Bildirilib ki, "Onlayn Təhlükəsizlik Aktı"nın tətbiqi hazırda mesajları qoruyan ucdan-uca şifrələməni zəiflədə bilər.

İngiltərə hökuməti şirkəti bu təhlükəsizliyi zəiflətməyə məcbur edərsə, "WhatsApp" bununla razılaşmayacaq və proqramın ölkə daxilində tamamilə qadağan olunacağı ehtimalı yaranacaq. 

Qeyd edək ki, ucda-uca şifrələmə mesajları yalnız göndərən və qəbul edənin onları oxuya bilməsini təmin edir. /CNN Türk/

Teymur MƏMMƏDOV