Xamenei və ailəsinin ölümü ilə bağlı ittiham aktı hazırlandı

Xamenei və ailəsinin ölümü ilə bağlı ittiham aktı hazırlandı Dünya

Bu gün Tehran prokuroru Əli Salehi İranın mərhum ali rəhbəri Əli Xameneyi və onun ailəsinin dörd üzvünün ölümü ilə bağlı iş üzrə ittiham aktının məhkəməyə göndərildiyini açıqlayıb.

News24.az xəbər verir ki, bununla bağlı, İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı olan “Mizan Online” xəbər yayıb.

Məlumata görə, Əli Xameneyinin ölümü ilə nəticələnən hücum zamanı onun ailəsinin dörd üzvü də həlak olub. Onların arasında Əli Xameneyinin qızı Bəşər əl-Xameneyi, onun 14 aylıq qızı Zəhra Məhəmmədi Qolpayqani, Bəşərin həyat yoldaşı Mesbah əl-Hoda Baqerikəni və Zəhra Həddad Adel yer alıb.