Xamenei: "Dağıdıcı qüvvələrin qarşısında boyun əyməyəcəyik" - Yeniləndi

Xamenei: "Dağıdıcı qüvvələrin qarşısında boyun əyməyəcəyik" - Yeniləndi Dünya

İranın ali rəhbəri Əli Xamenei xalq müraciət edəcək.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Yaxın saatlara planlaşdırılan müraciətin etirazlarla bağlı olduğunu bildirilib.

*****

İranın ali rəhbəri Əli Xamenei xalq müraciət edib.

News24.az xəbər verir ki, müraciət İran Dövlət Televiziya və Radio Şirkəti IRIB vasitəsi ilə yayımlanıb.

Əli Xamenei çıxışında bunları deyib:

“Əziz gənclər! Hazırlığınızı və birliyinizi qoruyun. Vahid və birləşmiş xalq istənilən düşmənə qalib gələr. ABŞ Prezidentinin əli minlərlə iranlının qanına batıb. Hamı bilsin ki, İran İslam Respublikası yüz minlərlə şərəfli insanın qanı ilə qurulub. Dağıdıcı qüvvələrin qarşısında boyun əyməyəcəyik. Tramp bilsin ki, dünya zalımları Firon, Nemrud, Rza Xan və Məhəmməd Rza ən böyük qürur içində olarkən devrildilər, o da devriləcək. Öz ölkəsində dövlət əmlakını dağıdaraq ABŞ prezidentini razı salmaq istəyənlər var. Qoy Tramp öz ölkəsindəki problemlərlə məşğul olsun".