Xameneinin müşaviri ağır yaralandı - Həyat yoldaşı öldü

Xameneinin müşaviri ağır yaralandı - Həyat yoldaşı öldü Dünya

İranın paytaxtı Tehranda ölkənin ali lideri Müctəba Xameneinin müşaviri Kamal Xərrazinin yaşayış evi hava zərbəsinə məruz qalıb.

News24.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidməti rəsmi məlumat yayıb.

İran KİV-lərinin yaydığı son məlumatlara görə, bombardman zamanı Kamal Xərrazinin həyat yoldaşı həlak olub. Dövlət rəsmisinin özü isə hadisə nəticəsində ağır yaralanaraq təcili xəstəxanaya yerləşdirilib.