"Xameneinin öldürüləcəyini bilsəydim, uranı zənginləşdirməni dayandırardım"
Dünya
Ötən gün İran prezidentinin icra məsələləri üzrə müavini Məhəmmədcəfər Qaempənah ABŞ-nin İranın ali rəhbəri Əli Xameneinin öldürülməsindən danışıb.
News24.az xəbər verir ki, o, “Əgər mən olsaydım və Amerikanın rəhbərimizi şəhid edəcəyini bilsəydim, zənginləşdirməni dayandırardım”, - deyib.
İran rəsmisi, habelə, ABŞ-nin İranın sənaye müəssisələrini, yollarını, neftayırma zavodlarını və elektrik enerjisi infrastrukturunu hədəfə almasını tənqid edib.
“Onlar niyə bizim sənaye müəssisələrimizi və yollarımızı vurmalıdır? Niyə neftayırma zavodlarımızı və elektrik enerjisi infrastrukturumuzu hədəfə almalıdırlar?” – deyə Qaempənah bildirib.
O əlavə edib ki, elektrik enerjisi və neftayırma zavodlarına zərbələr işsizliyin artmasına səbəb olur.