Xameneinin qohumu həbs edildi

Xameneinin qohumu həbs edildi Dünya

İranın ali rəhbərinin qohumu və İran Hizbullahı təşkilatının rəhbəri Məhəmmədbağır Xərrazi həbs edilib.

News24.az xəbər verir ki, Xərrazi bir neçə gün öncə Qum şəhərindəki Ruhanilər üzrə Xüsusi Məhkəmənin qərarı əsasında saxlanılıb.

Onun “milli təhlükəsizliyə qarşı fəaliyyət”də ittiham edildiyi bildirilib.

Xərrazi bundan əvvəl Ruhanilər üzrə Xüsusi Məhkəməyə çağırılıb və daha sonra barəsində cinayət işi başlanıb.

İşin onun hökumət və ölkədəki son siyasi proseslərlə bağlı mübahisəli açıqlamalarından sonra qaldırıldığı qeyd olunur.

Hökumət mollasının həbsi İranın məhkəmə orqanları tərəfindən indiyədək rəsmi şəkildə təsdiqlənməyib.

Xatırladaq ki, ruhani daha öncə İran prezidentinin istefası məsələsi ilə bağlı açıqlamaları ilə də gündəmə gəlmişdi.

O, habelə, İslam Respublikasında mövcud idarəetmə modelini “köhnəlmiş” adlandıraraq daha sərt teokratik idarəetmə formasına keçidə çağırış etmişdi.