Xameneiyə qarşı çevriliş cəhdi uğursuz oldu
Dünya
8–9 yanvar tarixlərində İranın ali rəhbəri Əli Xamenei hakimiyyət daxilində kənarlaşdırılmağa çalışılıb, ancaq təşəbbüs uğursuzluqla nəticələnib.
News24.az xəbər verir ki, keçmiş prezident Həsən Ruhani həmin gecə keçmiş hökumət üzvləri, o cümlədən Məhəmməd Cavad Zərif, Qum şəhərindən olan din xadimləri və SEPAH strukturlarına yaxın fiqurları bir araya toplayaraq Xameneini hakimiyyətdən uzaqlaşdırmağa çalışıb.
Mənbələr bildiriblər ki, plan son mərhələdə Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani tərəfindən dəstəklənmədiyi üçün həyata keçirilməyib.
Məlumat sızmasının qarşısını almaq üçün hazırkı prezident Məsud Pezeşkian bu prosesdən kənarda saxlanılıb.
Hadisələrdən sonra Ruhani və Zərif bir neçə gün ev dustaqlığında saxlanılıb, onlara yaxın bəzi islahatçı fiqurlar isə qısa müddətlik həbs olunaraq daha sonra azadlığa buraxılıblar. (Le Figaro)