Xarici diplomatları daşıyan avtomobillərə - HÜCUM
Dünya
Pakistanda əcnəbi diplomatları daşıyan avtomobilləri hədəf alan əldəqayırma partlayıcının partlaması nəticəsində bir polis məmuru ölüb, 4 polis əməkdaşı yaralanıb.
News24.az xəbər verir ki, Peşəvər şəhərindən təxminən 250 kilometr şimalda, yol kənarına qoyulmuş əldəqayırma partlayıcı qurğular xarici diplomatları daşıyan maşınlar keçərkən işə salınıb.
Polis İndoneziya, Portuqaliya, Qazaxıstan, Bosniya və Herseqovina, Zimbabve, Ruanda, Türkmənistan, Vyetnam, İran, Rusiya və Tacikistan diplomatlarının partlayışdan sağ-salamat xilas olduğunu açıqlayıb.
Xarici İşlər Nazirliyi yerli ticarət və sənaye palatasının dəvəti ilə bölgəyə səfər edən diplomatların paytaxt İslamabada qayıtdığını açıqlayıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Məryəm İlhamqızı