Xarkov vilayətində aclıqdan ölüm halları - QEYDƏ ALINDI
Dünya
Ukraynanın blokadası nəticəsində Xarkov vilayətinin sərhədyanı rayonlarında 20-dən çox distrofiya(orqan və toxumalarda maddələr mübadiləsinin pozulmasından baş verən xəstəlik halı) və aclıqdan 6 ölüm halı qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın regionun hərbi-mülki administrasiyası rəhbərinin müavini Yevgeni Lisnyak məlumat verib.
"Biz artıq iyirmidən çox distrofiya hadisəsini, həmçinin aclıq və dərman çatışmazlığı nəticəsində altı ölüm hadisəsini qeydə almışıq" deyib.
Lisnyak izah edib ki, bu sərhəd bölgələrində vəziyyət humanitar fəlakətə yaxındır, çünki Kiyev rejimi ərzaq və dərman tədarükünü əngəlləyir.
Onun sözlərinə görə, zərərçəkənlər yaşlılardır.
Məryəm İlhamqızı
News24.az
Qaynar xətt: 099 270 7777