Xəritədə kiçik, orduda böyük: Hərbi gücü ilə seçilən ölkələr

Xəritədə kiçik, orduda böyük: Hərbi gücü ilə seçilən ölkələr Dünya

Bəzi kiçik dövlətlər az əraziyə və əhaliyə malik olsalar da, güclü müdafiə sistemləri və inkişaf etmiş texnoloji imkanları sayəsində dünyanın ən təsirli ordularından birinə sahibdirlər.

News24.az xəbər verir ki, 2025-ci il Qlobal Hərbi Güc İndeksinə əsasən, hərbi güc təkcə ölkənin ölçüsündən deyil, həm də hazırlıq səviyyəsi və strateji bacarıqlarından asılıdır.

Cəmi 735,7 kvadrat kilometr ərazisi olan Sinqapur Asiyanın ən güclü ordularından birinə malikdir və dünyanın ən güclü 30 ordusu sırasında yer alır.

22 min kvadrat kilometr ərazisi olan İsrail 0,2661 güc indeksi ilə dünyada 15-ci,

təxminən 100 min kvadrat kilometr ərazisi olan Cənubi Koreya isə 0,1656 göstərici ilə dünyanın 5-ci ən güclü ordusu hesab olunur.

Tərəfsizlik siyasəti ilə tanınan İsveçrə 0,7869 güc indeksi ilə 44-cü,

337 min kvadrat kilometr ərazisi olan Finlandiya isə 0,8437 göstərici ilə 48-ci yerdə qərarlaşıb.