Xəzinəni tapmaq üçün otağı qazıb xalçayla örtdülər
Dünya
Türkiyənin Samsun vilayətində köhnə ikimərtəbəli binada xəzinə axtarmaq məqsədilə qanunsuz qazıntı aparan dörd nəfər saxlanılıb.
News24.az xəbər verir ki, polisin keçirdiyi axtarış zamanı binanın birinci mərtəbəsində xalça ilə örtülmüş gizli bölmə aşkarlanıb. Həmin hissədə 2,5 metr dərinliyində və 1,5 metr enində qazılmış sahə, həmçinin qazıntıda istifadə olunan alətlər götürülüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Şübhəlilər barəsində "Mədəni və Təbii İrsin Qorunması haqqında Qanun"u pozmaq maddəsi ilə cinayət işi başlanılıb.