Xrom mədəni çökdü, 4 nəfər dağıntı altında qaldı
Dünya
Türkiyənin Elazığ əyalətinin Palu rayonunda xrom mədəni çöküb.
News24.az xəbər verir ki, bu barədə “ NTV” məlumat yayıb.
Məlumata görə, çökmə nəticəsində 4 nəfər dağıntı altında qalıb. Dağıntılar altında qalanlardan biri xilas olunub, digərlərinin isə taleyi bəlli deyil.
Hadisə yerinə xilasedicilər cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Mehriban Mirzəzadə