Yapon nazirin bu açıqlaması insanların qəzəbinə səbəb oldu

Yapon nazirin bu açıqlaması insanların qəzəbinə səbəb oldu Dünya

Yaponiyanın Kənd Təsərrüfatı Naziri Taku Eto heç vaxt düyü almadığını söyləyib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, düyü ona hədiyyə olunur. 

"Mən öz məsuliyyətimi hiss edirəm. Amma əslində mən özüm heç vaxt düyü almamışam. Mənə dəstək olanlardan o qədər hədiyyələr alıram ki, onları satmaq vaxtıdır", - Eto bildirib. 

Nazirin bu açıqlaması məhsulun kəskin qiymət artımı fonunda ictimaiyyətin qəzəbinə səbəb olub.